28 Aprel 2024
Türkiyə hökumətinin növbəti iclası keçirilib

Türkiyə hökumətinin növbəti iclası keçirilib

16 Mart 2021
Baxış: 1246

Türkiyəni yeni qlobal siyasi və iqtisadi müstəvidə haqqı olan səviyyəyə çatdırmaqda qərarlıyıq.

AJM xəbər verir ki, bu fikirləri Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə hökumətinin martın 15-də keçirilən iclasından sonra xalqa müraciətində deyib.

Pandemiya dövründə Türkiyədə virusa qarşı aparılan mübarizə istiqamətləri, əhalinin imkansız təbəqəsinə göstərilən dəstək, xəstəliyə yoluxmanın qarşısının alınması, müalicə imkanlarının genişləndirilməsi tədbirləri, eləcə də qarşıdakı dövr üçün proqnozlaşdırılan münasibətlərdə atılacaq addımlardan bəhs edən Prezident Rəcəb Tayyib Ərdoğan əminliklə bildirib ki, türk xalqı bu çətin sınaqdan əl-ələ verərək alnıaçıq çıxacaq. Pandemiyadan ən az itki ilə çıxmaq üçün dövlət və xalqın birliyi əhəmiyyətli rol oynayıb. Bu günə qədər ölkə üzrə peyvənd edilənlərin sayının 11 milyon 500 min nəfər olduğunu diqqətə çatdıran dövlət başçısı vurğulayıb ki, yerli vaksin təsdiq olunana qədər peyvəndin xaricdən alınması davam edəcək.

Qeyd edək ki, hazırda Türkiyədə Çindən alınan “Sinovac” vaksini ilə peyvəndləmə aparılır. Bu vaksindən 50 milyon doz sifariş edilib.

Teqlər: Türkiyə