29 Aprel 2024
"Türkiyə Fələstinə xəyanət edir" - İstanbulda İsrail səfirliyi qarşısında AKSİYA

"Türkiyə Fələstinə xəyanət edir" - İstanbulda İsrail səfirliyi qarşısında AKSİYA

01 İyun 2021
Baxış: 1070

Türkiyənin İstanbul şəhərində yerləşən İsrail konsulluğu qarşısında aksiya keçirilib.

AJMEDİA.info xəbər verir ki, nümayişçilər 31 may 2010-cu il tarixində İsrail əsgərlərinin Fələstinə humanitar yardım aparan "Mavi Mərmərə" gəmisinə edilən hücumuna etiraz ediblər.

Aksiyada çıxış edənlər Türkiyə hökumətinin İsrail ilə hələ də iqtisadi əlaqələri pozmamasını Fələstinə xəyanət olaraq xarakterizə ediblər.

Məlumata görə, Türkiyə polisi aksiyaya müdaxilə etməyib və aksiya insidentsiz ötüşüb.