29 Aprel 2024
Türkiyə əleyhinə SKANDAL ANLAŞMA – Razılaşmada İran detalı

Türkiyə əleyhinə SKANDAL ANLAŞMA – Razılaşmada İran detalı

30 May 2022
Baxış: 674

İsveçin NATO-ya üzvlük müraciəti ilə bağlı müzakirələr davam etdiyi vaxt ölkə mediası rəsmi Stokholmun PKK/YPG terror təşkilatı ilə əməkdaşlığına diqqət çəkib.

AJMEDİA.İNFO xəbər verir ki, sosial şəbəkələr və yerli mətbuatda İsveç hökumətinin terrorçularla əlaqələri tənqid olunub.

“Expresen” qəzeti isə İsveç Baş naziri Maqdalena Andersson və PKK/YPG-yə dəstəyi ilə tanınan deputatlardan birinin məsələyə münasibətinə yer verib.

Anderssonun İran əsill deputat və PKK tərəfdarı Əminə Kaxabavex ilə bağladığı razılaşma sayəsində baş nazir olmaq üçün parlamentdən kifayət qədər səs topladığına diqqət çəkib.

Məqalədə bunun Türkiyədən yan keçmədiyi bildirilib.

“Dagens industri” qəzeti də Sosial Demokratlar Partiyası ilə Kaxabavex arasında gərginlik olduğunu yazıb.

Digər yerli nəşrlər də hökumətin xarici siyasətini tənqid ediblər. NATO üzvlüyünün baş tutmayacağı təqdirdə bundan İsveç hökumətinin məsuliyyət daşıyacağı vurğulanıb.(teleqraf.com)