27 Aprel 2024
“Türkiyə böyük əfqan köç dalğası ilə üz-üzədir” - ƏRDOĞAN

“Türkiyə böyük əfqan köç dalğası ilə üz-üzədir” - ƏRDOĞAN

16 Avqust 2021
Baxış: 577

“Regionun, eləcə də Əfqanıstanın bir an öncə istiqrara qovuşması üçün hər cür cəhdlərimizi artıracağıq. Bu istiqamətdə Pakistanla əməkdaşlıq edəcəyik”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İstanbulun Tuzla rayonunda “Pakistan MİLGEM Layihəsi”nin ilk gəmisinin dənizə endirilmə mərasimində çıxış edərkən bildirib.

Ərdoğan deyib ki, Əfqanıstanda gedərək artan gərginlik, Taliban Kabildə rəhbərliyi ələ keçirməsi Pakistana da öz təsirini göstərdiyinə görə, bu məsələdə Pakistan üzərinə də önəmli vəzifə düşür:

“Pakistan 2 milyarddan çox əhalisi olan Cənubi Asiyada çox mühüm bir əhəmiyyət daşıyan ölkələrdəndir. Regionun üzləşdiyi problemlərin həlli yalnız Pakistanın müdaxiləsi sayəsində həll edilə bilər”.

Türkiyə Prezidenti son dövrlər İran üzərindən Əfqanıstandan yeni bir köç dalğası ölkəsinə doğru gəldiyini və bunun getdikcə artdığını vurğulayıb: “Türkiyə Əfqanıstan mənbəli köç dalğası ilə üz-üzədir”.