29 Aprel 2024
Türkiyə, BƏƏ səfirini İsrail ilə razılaşma ilə əlaqədar geri çağıracağı ilə hədələdi

Türkiyə, BƏƏ səfirini İsrail ilə razılaşma ilə əlaqədar geri çağıracağı ilə hədələdi

16 Avqust 2020
Baxış: 1622

Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İsrail arasında ikitərəfli münasibətləri normallaşdırmaq barədə razılığa görə, səfirini Əbu-Dabidən geri ala bilər. Türkiyə Prezidenti Tayyib Ərdoğan cümə günü jurnalistlərə belə bir ehtimal barədə danışıb.

"Bizim tərəfimizdən BƏƏ-yə münasibətdə diplomatik münasibətlərin dayandırılmasına və ya səfirimizin Əbu Dabidən geri çağırılmasına qədər addımlar atıla bilər" deyə bildirib.

Bir gün əvvəl Fələstin İsrail ilə münasibətləri normallaşdırmaq qərarından sonra BƏƏ-dən səfirinin geri çağırıldığını elan edib.

Teqlər: BƏƏ