29 Aprel 2024
Türkiyə ABŞ-ın bu hərbi bazalardan istifadəsini məhdudlaşdıra bilər
Türkiyə ABŞ-ın bu hərbi bazalardan istifadəsini məhdudlaşdıra bilər

Türkiyə ABŞ-ın bu hərbi bazalardan istifadəsini məhdudlaşdıra bilər

26 Aprel 2021
Baxış: 1378

ABŞ Prezidenti Co Baydenin skandal qondarma soyqırımı qərarının ardından Türkiyənin İncirlik hərbi bazası ilə bağlı bir sıra addımlar atacağı məsələsi yenidən gündəmə gəlib.

ajmedia.info xəbər portalı Teleqraf.com istinadən xəbər verir ki, İncirlik hərbi bazasını müzakirələrə açan buna bənzər gərginlik 1974-cü ildə Kiprdə həyata keçirilən Sülh Əməliyyatlarından sonra da gündəmə çıxarılmışdı.

ABŞ-ın 1975-ci ilin fevral ayında Türkiyəyə silah embarqosu tətbiq etməsindən sonra Ankara buna cavab olaraq, Amerika hərbi bazaları ilə bağlı ikitərəfli anlaşmaları təktərəfli formada dayandırmışdı. Türkiyədə ABŞ-a məxsus 21 hərbi baza və obyektin fəaliyyətini dayandırıb Amerika bayraqları endirilərək Türkiyə bayraqları asılmışdı.

ABŞ mətbuatı Baydenin məlum açıqlamasından sonra Ankaranın növbəti dəfə bu yöndə addımlar atmağa hazırlaşması barədə məlumat yayıb.

Amerika mənbələri bildirib ki, İncirliyin tamamilə bağlanmasının gündəmə gətirilməsi üçün Türkiyənin NATO-dan da çıxacağı nəzərə alınmalıdır: “Türkiyə bu səbəbdən yalnız ABŞ-ın bu hərbi bazalardan istifadəsini məhdudlaşdıra bilər”.