29 Aprel 2024
Türk ordusu işə qarışdı: Zəlzələ bölgəsinə yardım daşıyan yük maşınlarını qarət edən dəstə saxlanıldı - VİDEO

Türk ordusu işə qarışdı: Zəlzələ bölgəsinə yardım daşıyan yük maşınlarını qarət edən dəstə saxlanıldı - VİDEO

10 Fevral 2023
Baxış: 302

Türkiyədə zəlzələ bölgəsinə yardım daşıyan yük maşınlarını yollarda saxlayaraq onları qarət edən şəxslər saxlanılıblar.

AJMEDİA.İNFO xəbər verir ki, cinayətkarların saxlanılması istiqamətində aparılan əməliyyatı Türkiyə ordusunun hərbçiləri həyata keçiriblər.

Qeyd edək ki, son bir neçə gündə Türkiyədə zəlzələnin baş verdiyi ərazidəki müvəqqəti qarışıqlıqdan istifadə edən fürsətcil adamlar talan və qarətlə məşğul olurlar. Onların əksəriyyəti tapılaraq cinayət məsuliyyətinə cəlb olunur.

Mənbə: İHA