29 İyun 2024
Tozlu hava bu şəxslər üçün ZƏRƏRLİDİR - XƏBƏRDARLIQ

Tozlu hava bu şəxslər üçün ZƏRƏRLİDİR - XƏBƏRDARLIQ

27 May 2024
Baxış: 314

"Tozlu hava son 2 gündə əsən cənub-şərq və şərq küləkləri nəticəsində ərazimizə (səhra zonalarından atmosferin yuxarı qatlarına qaldırılmış, inversiya nəticəsinə yer səthinə enməsi ilə əlaqədar) daxil olmuşdur".

AJMEDİA.İNFO xəbər verir ki, bunu son günlər müşahidə olunan tozlu hava ilə bağlı Metbuat.az-a danışan ekoloq Mirzəxan Mənsimov deyib. O bildirib ki, belə hava şəraiti nəfəs yolları, ağ ciyər xəstəliklərindən əziyyət çəkən insanlar üçün çox zərərlidir:

"Açıq havada az olmalı, küçədə olarkən tibbi maskadan istifadə olunması tövsiyə edilir. Qısamüddətli proses olduğu üçün sağlam insanlar üçün heç bir təhlükəsi yoxdur. Bugünkü proqnoza görə səhərdən əsməyə başlamış şimal-qərb küləyi havanı təmizləyəcək".