29 Aprel 2024
“Tonqaldan tullandım, dişimin ağrısı kəsdi...” - Elman Nəsirov

“Tonqaldan tullandım, dişimin ağrısı kəsdi...” - Elman Nəsirov

25 Mart 2022
Baxış: 611

“Bayramda tonqalın üstündən tullanmaqla dəhşətli diş ağrısından xilas oldum”.


AJMEDIA.INFO AMİA.AZ-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Elman Nəsirov Novruz bayramı ilə bağlı uşaqlıq xatirələrindən danışarkən deyib:

“Novruz bayramında adət-ənənəyə görə qəbirüstünə gedib şam yandırırıq. Uşaqlıq dövründə Novruzda qəbirüstündə şam yandıranda güclü qar yağması və dəhşətli küləyin şahidi olduq. Yadımdadır ki, bayramda hamı təzə paltar geyinirdi. Amma havanın soyuq olmasına görə təzə paltar geyə bilmədiyimdən əsəbiləşmişdim. Beləcə, köhnə qış paltarlarını geyinməli oldum. Qəbirstanlıqda isə külək, çovğun və qar xeyli müddət bizə şamı yandırmağa imkan vermədi.

Başqa bir tərəfdən, uşaqlıqda bayramda həyətdə tonqal qalayır və üstündən tullanırdıq. Bir dəfə möhkəm dişim ağrıyırdı. Böyüklər dedi ki, tonqalın üstündən tuıllanıb, “baş ağrım, diş ağrım, hamısı burda qalsın” desən ağırısı kəsəcək. Bu sözə inanaraq, bir neçə dəfə tonqalın üstündən tullandıqdan sonra, dişimin ağrısı da kəsdi. Özüm də inanmadım, hələ də o hislər məni duyğulandırır”.bizim.media