29 İyun 2024
"TikTok"da jeton FIRILDAĞI: Bakı polisi hərəkətə keçdi

"TikTok"da jeton FIRILDAĞI: Bakı polisi hərəkətə keçdi

15 Dekabr 2023
Baxış: 476

“TikTok” jetonu almaq istəyən Bakı sakini dələduzluqla üzləşib.

AJMEDİA.İNFO xəbər verir ki, paytaxt sakini olan Təhla Əsgərov jeton almaq üçün sosial şəbəkədən tanıdığı şəxslə əlaqə saxlayıb. Onun kartına 60 manat vəsait köçürüb.

Ancaq ona həmin ödəniş qarşılığında jeton verilməyib. Aldadıldığını görən zərərçəkən polisə müraciət edib.

Aparılan araşdırmalar zamanı dələduzun kimliyi müəyyənləşib və zərərçəkənə dəyən ziyan ödətdirilib.(lent.az)