27 Aprel 2024
Terrorçunu avtomobildə kilidləyən taksi sürücüsü böyük faciənin qarşısını aldı

Terrorçunu avtomobildə kilidləyən taksi sürücüsü böyük faciənin qarşısını aldı

15 Noyabr 2021
Baxış: 468

Böyük Britaniyanın Liverpul şəhərində taksi sürücüsü özünü şübhəli aparan sərnişini taksidə kilidləyərək böyük faciənin qarşısını alıb.

AJMEDİA.İNFO xəbər verir belə ki, artıq bir gün əvvəl Mersisayd qraflığında polis qadın xəstəxanası qarşısında avtomobilin partladılması barədə məlumat vermişdi.

Hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər isə yaralanıb.

Həyatını itirən şəxs üzərində olan partlayıcı maddəni məhz avtomobilin salonunda işə salıb.

Artıq faktla bağlı araşdırma aparılır, terrorla mübarizə üzrə polis bölmələri partlayışın baş verdiyi əraziyə cəlb edilib.

21, 26 və 29 yaşlı üç nəfər terrorçuluqda ittiham edilən şəxslə əlaqəli olduğuna görə saxlanılıb.

Mənbə iddia edir ki, məhz taksi sürücüsünün ayıq-sayıqlığı nəticəsində terrorçunu avtomobildə kilidləmək mümkün olub və nəticədə güclü partlayışın qarşısını almaq mümkün olub.