08 May 2024
Terror təşkilatı "Hizbullah" İsraili TƏHDİD ETDİ

Terror təşkilatı "Hizbullah" İsraili TƏHDİD ETDİ

07 İyun 2021
Baxış: 619

Livanın "Hizbullah" terror təşkilatının Mərkəzi Şurasının üzvü Həsən əl-Bağdadi İsraili təhdid edib.

AJMEDİA.info xəbər verir ki, terror təşkilatının üzvü əl- Bağdadi İsrail Livan müharibəsi başlayarsa, Tel-Əvivin "cəhənnəm atəşi" ilə qarşılaşacağını deyib.

Terrorçu Həsən əl-Bağdadi bildirib:

"Düşmənin liderləri daha az təkəbbürlü olmalıdır. Onları təkəbbür pilləkənindən endirmək üçün kimsə lazımdır. İsrail liderləri onları həmişə macəraçılığa sürükləyən aqressiv təbiətləri üzündən dərs ala və real siyasəti anlaya bilmirlər". İsrailin mövqeyi bizə bu rejimin varlığının tez bir zamanda aradan getməsinə inama dair daha da ümid verir".