08 May 2024
Tel-Əvivdə fəallar İsrailin iqtisadiyyat nazirinə hücum ediblər

Tel-Əvivdə fəallar İsrailin iqtisadiyyat nazirinə hücum ediblər

28 Aprel 2023
Baxış: 420

İsrailin iqtisadiyyat naziri Nir Barkat və onu müşayiət edən şəxslər Tel-Əvivin mərkəzində restorandan maşınlarına gedərkən bir qrup hökumət əleyhinə fəalın hücumuna uğrayıb.

Bu barədə nazirin mətbuat xidməti məlumat yayıb.

“Nazirin mühafizəçiləri və polis əməkdaşları onu bədənləri ilə qoruyublar, bundan sonra nümayişçilər də polis əməkdaşlarına hücum ediblər”, - nazirin adından yayılan açıqlamada qeyd olunub.

İsrailin “Arutz Sheva” portalı Barkatı müdafiə edən polislərdən birinin yaralandığını və xəstəxanaya yerləşdirildiyini yazır. “Haaretz” nəşri iki hücumçunun saxlanıldığını qeyd edir.

Teqlər: