27 Aprel 2024
Tanınmış müğənni sevgilisini qətlə yetirdi, atası ilə birlikdə basdırdılar - FOTO/VİDEO

Tanınmış müğənni sevgilisini qətlə yetirdi, atası ilə birlikdə basdırdılar - FOTO/VİDEO

16 Yanvar 2023
Baxış: 573

Türkiyəli müğənni Seçil Çiftçi keçmiş sevgilisini öldürüb.

AJMEDİA.İNFO bildirir ki, bu barədə İstanbul jandarma komandanlığı məlumat yayıb.

Qeyd olunub ki, Sancaktepedəki meşəlik ərazidə şəxsiyyəti məlum olmayan kişi meyiti əl-ayağı bağlı vəziyyətdə tapılıb. Jandarma hadisə yerinə araşdırma qrupları göndərib. Göbələk toplamağa çıxan ailə tərəfindən aşkarlanan kişi meyitinin kimliyi S.S.-nin barmaq izlərindən müəyyən edilib. Keçmiş sevgilisini öldürüb cansız bədənini meşədə basdıran şəxsin model və müğənni Seçil Çiftçi olduğu ortaya çıxıb.

Çiftçinin tez-tez onunla barışmaq istəyən sevgilisi tərəfindən narahat edildiyi iddia edilib. Son gəlişi zamanı keçmiş sevgilisini evinə buraxan Seçil Çiftçi onunla mübahisə etməyə başlayıb və stulun dəmir ayağı ilə başına bir neçə zərbə endirib. Gənc kişi hadisə yerində dünyasını dəyişib. Çiftçi isə keçmiş sevgilisinin cansız cəsədini atası ilə birlikdə meşədə basdırıb.

Digər tərəfdən Seçil Çiftçinin bir il əvvəl yayımlanan “Yaktın yüreyimi” adlı mahnısının klipindəki səhnə gündəm olub. Klipdə ifaçı evə gələn sevgilisi tərəfindən zorakılığa məruz qalır.(sfera.az)