29 Aprel 2024
Tanınmış futbolçu Afrika Millətlər Kuboku ərəfəsində koronavirusa yoluxdu

Tanınmış futbolçu Afrika Millətlər Kuboku ərəfəsində koronavirusa yoluxdu

06 Yanvar 2022
Baxış: 724

İngiltərə "Arsenal"ının futbolçusu Pyer-Emerik Obameyanqda koronavirus aşkarlanıb.

AJMEDİA.İNFO "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, qabonlu hücumçu Afrika Millətlər Liqasında mübarizə aparan yığmanın düşərgəsinə qoşulduqdan sonra infeksiyaya yoluxub.

Onunla yanaşı, Fransa "Nitsa"sının yarımmüdafiəçisi Mario Leminanın da COVID-19 testi müsbət çıxıb. Hər iki oyunçu milli komandaya qoşulmazdan əvvəl Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində əyləncə gecəsində iştirak edib.

Karantinə alınan futbolçular turnirin startını buraxmalı olacaqlar. Qabon seçməsi ilk matçda Komor adaları yığması ilə qarşılaşacaq. Qarşılaşma yanvarın 10-da baş tutacaq.

Qeyd edək ki, yanvarın 9-da start götürəcək Afrika Millətlər Kuboku fevralın 6-dək davam edəcək.