29 Aprel 2024
Tanınmış biznesmen uşaq pornoqrafiyası görüntülərinə görə həbs edildi

Tanınmış biznesmen uşaq pornoqrafiyası görüntülərinə görə həbs edildi

15 Oktyabr 2021
Baxış: 502

Yeni Zelandiyanın tanınmış biznesmenlərindən olan 84 yaşlı Ron Brierli 14 ay müddətinə azadlıqdan məhrum edilib.

Avstraliyada hakim qarşısına çıxarılan iş adamı noutbukunda və fləş disklərdə uşaq pornoqrafiyasına dair foto və videolar olduğu üçün həbs edilib.

Vəkillərinin ictimai işlərə cəlb edilməsi tələbini qəbul etməyən məhkəmə biznesmeni azadlıqdan məhrum edilməsinə qərar verib.

Yeniyetməlik çağındakı qızlara həmişə marağı olduğunu deyən Birierlinin noutbuk və fləş kartlarındakı görüntülərdə yer alan uşaqların əksəriyyətinin 11-12 yaşlarda, bir qisminin isə 4-15 yaşlarında olduğu üzə çıxıb.

İş adamı sözügedən etiraflarından sonra ona verilən cəngavər titulundan məhrum edilib.

Xatırladaq ki, R.Brierli 2019-cu ildə Fijiyə getməyə çalışarkən Sidney hava limanında saxlanılmışdı. Onun evində aparılan axtarışlar nəticəsində uşaq pornoqrafiyasına dair 46 794 fayl ələ keçirilmişdi.

Onu da qeyd edək ki, R.Brierli sərvətinə görə Yeni Zelandiyanın 100 ən zəngin iş adamı siyahısında yer alır.(7news.az)