28 Aprel 2024
“Taliban” Əhməd Şah Məsudun məzarı üstündən videomüraciət yaydı - VİDEO

“Taliban” Əhməd Şah Məsudun məzarı üstündən videomüraciət yaydı - VİDEO

14 Sentyabr 2021
Baxış: 492

“Taliban” Əhməd Şah Məsudun Pəncşirdə yerləşən məzar daşını bərpa edib.

AJMEDİA.İNFO xəbər verir ki,Bu gün bir qrup “Taliban” silahlısı məzarın qarşısında dayanaraq ictimaiyyətə müraciət ediblər.

Onlar iddia ediblər ki, məzar daşının və onun üzərində olan yazılı şüşənin dağıdılmasının “Taliban”la heç bir əlaqəsi yoxdur və bu əməl bir qrup fanatik tərəfindən törədilib.

“Biz Əfqanıstan İslam Əmirliyinin mücahidləri olaraq məzarı bərpa etdik. Özünüz şahidsiniz ki, biz hazırda məqbərənin daxilindəyik. Məzar daşı və onun üzərində olan şüşə lövhə bərpa edilib. Biz o şüşəni sındırmamışdıq. Bu əməli Əhməd Şaha qarşı ədavəti olan şəxslər etmişdi”, - deyə videoda danışan “Taliban” üzvlərindən biri söyləyib. “Sputnik” Əfqanıstan