28 Aprel 2024
Tahir İmanov Bakı Şəhər İcra Hakimiyyətini MƏHKƏMƏYƏ VERDİ

Tahir İmanov Bakı Şəhər İcra Hakimiyyətini MƏHKƏMƏYƏ VERDİ

26 Aprel 2023
Baxış: 335

Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verilib.

AJMEDİA.İNFO xəbər verir ki, iddiaçı İmanov Tahir Qorxmaz oğludur.

İş Bakı İnzibati Məhkəməsindədir. Artıq iş üzrə hakim təyin edilib. İmanov Tahir Qorxmaz oğlunun iddiasına hakim Nəriman Abıyevin sədrliyi ilə baxılacaq. İşin mahiyyəti torpaq münasibətləri üzrə mübahisələrdən ibarətdir.

Tahir İmanov "Planet Parni iz Baku" KVN teatrının bədii rəhbəri, Əməkdar artistdir.

Məlumatı dəqiqləşdirmək üçün Əməkdar artistlə əlaqə saxladıq. Tahir İmanov bu barədə danışmaq istəmədiyini bildirdi: "Mənə sənətimlə bağlı suallar verin".(qaynarinfo)