28 Aprel 2024
Suriya niyə İsrail "F-16"larını vurmadı? - SƏBƏB

Suriya niyə İsrail "F-16"larını vurmadı? - SƏBƏB

15 Oktyabr 2021
Baxış: 717

Suriya ordusu aviaməkanda iki mülki təyyarənin olması səbəbindən İsrail qırıcılarına qarşı havadan müdafiə sistemlərini tətbiq etməyib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Rusiyanın Suriyadakı Tərəfləri Barışdırma Mərkəzi məlumat yayıb.

“İsrailə məxsus 4 F-16 qırıcısı Tanf bölgəsindən Suriya hava məkanına daxil olaraq Palmira yaxınlığında müəssisəni hədəf alıb. Hücum nəticəsində müəyyən edilən hədəf məhv edilib, bir suriyalı əsgər ölüb, 3-ü isə yaralanıb. Suriya ordu komandanlığı havadan müdafiə sistemlərini tətbiq etməməyə qərar verdi. Çünki həmin vaxt hava zonasında Dubay-Beyrut və Bağdad-Dəməşq aviareysini icra edən iki mülki təyyarə var idi”, - deyə bildirilib.(axar.az)