28 Aprel 2024
Sumqayıt şəhər 11 saylı orta məktəbdə 28 May Respublika Günü və Şuşa ilinə həsr olunan müsiqili tədbir keçirildi

Sumqayıt şəhər 11 saylı orta məktəbdə 28 May Respublika Günü və Şuşa ilinə həsr olunan müsiqili tədbir keçirildi

28 May 2022
Baxış: 792

Sumqayıt Şəhəri üzrə Təhsil İdarəsinin (SŞTİ) tabeliyindəki 11 nömrəli tam orta məktəbdə "28 May - Respublika Gunu" və " Tariximizin 270 illik şah əsəri - Şuşa" mövzusunda musiqili mədəniyyət tədbiri keçirilib. Tədbir iştrakçıları öncə Qarabağa, Şuşaya aid olan Ulu Ondər Heydər Əliyevin "...Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir qaladır, əziz bir adibədir. Şuşasıs Qarabag, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur". dahi sözləri ilə başlamışdır.

AJMEDİA.İNFO bildirir ki, tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə davam edib.

Müsiqili tədbirin bundan sonra məktəbin rus bölməsinin 3R2 sinfinə ixtiyarına verilib. Sinfin sinif rəhbəri Tamella Məmmədova çıxışında şagirdlərdə vətənpərvərlik ruhunun yüksəltmək, gənc nəslin tariximizə dair biliklərini möhkəmləndirmək, Vətənin bütövlüyü uğrunda canından keçmiş Azərbaycanın igid oğullarının xatirəsini əbədiləşdirmək üçün belə tədbirlərin əhəmiyyətinin danılmaz olduğunu vurğulayıb.

Daha sonra məktəblilərin ifasında milli musiqi rəqsin nümunələri, xarı bulbul rəqsi, şeirlər, əbədi-bədii kompozisiyalar, vətənpərvərlik haqqında mahnılar, Azərbaycanın bir daha tolerant ölkə olduğunu əks etdirən müxtəlif olkələrin rəqsləri nümayiş etdirildi.

Müsiqili tədbirin sonunda məktəb nümayəndələri, şagirdlər və valideynlər xatirə şəkilləri çəkdirərək tədbirdən xoş təsüratlarını, sevinclərini bölüşərək sinif rəhbəri Tamella Məmmədovaya və məktəb kollektivinə öz təşəkkürlərini bildirdilər. Sinifin şagirdi Raya Əbilova oxuduğu məktəbin şagirdi olmasından qürurla danışaraq müəllimlərinin onlara zamanımızin nümünəvi şagirdlərinə böyük töhvə verdiklərini bildirdi.

AJMEDİA.İNFO musiqili tədbirdən olan fotoşəkilləri nəzərinizə çatdırır:

Открыть фото

Открыть фото


Nəsimi Əbilov