27 Aprel 2024
Son sutkada nə qədər vaksin vurulub?

Son sutkada nə qədər vaksin vurulub?

06 Dekabr 2021
Baxış: 450

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 154 vaksin vurulub.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 143, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 3 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 10 703 142, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 098 684, ikinci mərhələ üzrə 4 593 286 nəfər təşkil edir. Ümumilikdə isə 1 011 172 “buster” doza vurulub.

Teqlər: vaksinasiya