08 May 2024
Son sutkada 40 minə yaxın peyvənd vuruldu

Son sutkada 40 minə yaxın peyvənd vuruldu

16 Noyabr 2021
Baxış: 396

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 39 287 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AJMEDİA.İNFO-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 992, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9 625, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 23 670 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 132 050, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 028 482, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 490 360, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 613 208 təşkil edir.

Teqlər: vaksinasiya