28 Aprel 2024
SON DƏQİQƏ! Ermənilər sülhməramlıların olduğu ərazidə TƏXRİBAT TÖRƏTDİ

SON DƏQİQƏ! Ermənilər sülhməramlıların olduğu ərazidə TƏXRİBAT TÖRƏTDİ

26 İyul 2022
Baxış: 372

Ötən sutka ərzində erməni silahlı birləşmələri tərəfindən ümumilikdə 9 dəfə təxribat xarakterli silahlı insident törədilib.

Bu barədə AJMEDİA.İNFO-ya Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

"Bunlardan 2-si Azərbaycan-Ermənistan dövlət sərhədinin Qarakilsə rayonunun Saybalı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərdən Ordumuzun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atəşə tutmaqla baş verib.


AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

"Digər 7 insident isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Tərtər, Ağdam, Xocavənd və Xocalı rayonları istiqamətlərində yerləşən mövqelərini fasilələrlə müxtəlif çaplı silahlardan atəşə tutmaqla qeydə alınıb.

Bütün hallarda Ordumuzun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub", - nazirlikdən qeyd olunub.