27 Aprel 2024
SON DƏQİQƏ! Deputat vəzifəsindən İSTEFA VERDİ

SON DƏQİQƏ! Deputat vəzifəsindən İSTEFA VERDİ

13 Aprel 2022
Baxış: 518

Milli Məclisin deputatı Jalə Əhmədova “Vinq Çun” döyüş sənəti federasiyasındakı vəzifəsindən istefa verib.
AJMEDİA.İNFO xəbər verir ki, Jalə Əhmədova artıq vəsiqəsini təhvil verib.

Bildirək ki, deputat 2018-ci ildən həmin federasiyanın birinci vitse-prezidenti vəzifəsini tuturdu.

Millət vəkilinin istefasına səbəb onun Azərbaycan Autizm Assosiasiyasına vitse-prezident seçilməyi ilə əlaqədardır.
Jalə Əhmədova məlumatı təsdiq edib.

O deyib ki, “Vinq Çun” federasiyasının inkişafı üçün əlindən gələn dəstəyi göstərib: “Ancaq mən düşündüm ki, bundan sonrakı fəaliyyətimi autizmdən əziyyət çəkən uşaqlara yönəldim”, - deyə o əlavə edib.

Qeyd edək ki, Jalə Əhmədova həm də “Vinq Çun” federasiyasının təsisçisidir.oxu.az