30 Aprel 2024
SON DƏQİQƏ! - Bakıda çoxmərtəbəli yaşayış binasında GÜCLÜ YANĞIN - VİDEO

SON DƏQİQƏ! - Bakıda çoxmərtəbəli yaşayış binasında GÜCLÜ YANĞIN - VİDEO

01 Dekabr 2021
Baxış: 583

Bakıda çoxmərtəbəli yaşayış binasında güclü yanğın baş verib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri yanğınsöndürmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsi üçün yanğın baş verdiyi ünvana cəlb olunub.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.