28 Aprel 2024
Son bir gündə peyvənd vurulanların sayı AÇIQLANDI

Son bir gündə peyvənd vurulanların sayı AÇIQLANDI

13 Oktyabr 2021
Baxış: 348

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 36 394 vaksin vurulub.

AJMEDİA.İNFO-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13 475, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22 919 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 073 493, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 916 894, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 156 599 təşkil edir.