09 May 2024
Son 7 ayda Azərbaycan büdcəsinin gəlirləri nə qədər olub?

Son 7 ayda Azərbaycan büdcəsinin gəlirləri nə qədər olub?

17 Avqust 2023
Baxış: 474

Bu ilin yanvar-iyul aylarında dövlət büdcəsinin gəlirləri 15 milyard 479,9 milyon manat, xərcləri isə 14 milyard 63,3 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, büdcənin icrasında yaranmış 1 milyard 416,6 milyon manatlıq profisit ümumi daxili məhsulun 2,3 faizinə bərabər olub.

Daxilolmaların 33,86 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 26,26 faizi əlavə dəyər vergisi, 5,34 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 5,27 faizi fiziki şəxslərin gəlir vergisi, 4,14 faizi aksizlər, 1,12 faizi sadələşdirilmiş vergi, 1,99 faizi vergilərin digər növləri, 22,02 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib. Bizim.Media