28 Aprel 2024
Siyavuş Novruzov Vasif Talıbovla qohumdur? — ÖZÜ AÇIQLADI

Siyavuş Novruzov Vasif Talıbovla qohumdur? — ÖZÜ AÇIQLADI

08 Dekabr 2022
Baxış: 542

“Mənim Vasif Talıbovla heç bir qohumluq əlaqəm yoxdur”.

AJMEDİA.İNFO xəbər verir ki, bu sözləri Globalinfo.az-a açıqlamasında millət vəkili Siyavuş Novruzov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovla qohumluq əlaqələrinin olması haqda yayılan məlumatlara münasibət bildirərkən deyib.

O, sözügedən iddianın həqiqəti əks etdirmədiyini vurğulayıb:

“Bu xəbər yalandır, həqiqəti əks etdirmir. Sadəcə, Vasif Talıbovun kürəkəni ilə soyadımız eynidir. Lakin yaxından-uzaqdan qohumluğumuz yoxdur”.

Qeyd edək ki, sosial şəbəkələrdə S.Novruzovun Vasif Talıbovun kürəkəninin əmisi olduğu iddia edilib.