29 Aprel 2024
Sevgilisini öldürdükdən sonra özünü güllələyən polis VƏFAT ETDİ - FOTO
Sevgilisini öldürdükdən sonra özünü güllələyən polis VƏFAT ETDİ - FOTO

Sevgilisini öldürdükdən sonra özünü güllələyən polis VƏFAT ETDİ - FOTO

21 May 2021
Baxış: 1317

Bakıda sevgilisini öldürdükdən sonra intihara cəhd edən polis əməkdaşı Həsən Osmanov vəfat edib.

AJMEDİA.info qafqazinfo-ya istinadən xəbər verir ki, H.Osmanov əməliyyat olunsa da, həyatını xilas etmək mümkün olmayıb.

Yasamal RPİ 29-cu Polis Bölməsinin təhqiqatçısı 26 yaşlı H.Osmanov sevgilisi 25 yaşlı Fatimə Hüseynovanın evinə gedərək onunla mübahisə edib. F.Hüseynova ona ayrılmaq istədiyini bildirib, bu səbəbdən əsəblərini cilovlaya bilməyən H.Osmanov xidməti tapançasından atəş açaraq sevgilisinin başından 2 güllə vurub.

O, daha sonra özünü də başından güllələyərək intihara cəhd edib. Hadisə yerinə gələn şəxslər tərəfindən xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır./qafqazinfo/