26 Aprel 2024
Səudiyyə Ərəbistanı İsrail şirkətindən casus proqramları alıb - İDDİA

Səudiyyə Ərəbistanı İsrail şirkətindən casus proqramları alıb - İDDİA

08 İyun 2021
Baxış: 629

Səudiyyə Ərəbistanının 2019-cu ildən bəri İsrailin "Quadream" şirkətindən casus proqramları aldığı bildirilib.

AJMEDİA.info xəbər verir ki, bu barədə İsrailin "Haaretz" qəzeti məlumat verib.

Xəbərdə kiber texnologiyalar sahəsində fəaliyyət göstərən Təl-Əviv yaxınlığındakı "Quadream"in ofisi haqqında məlumatlar paylaşılıb.

Şirkətin veb saytının olmadığı və İsrailin Ramat-Qan şəhərindəki ofisində məlumat lövhəsi olmadığı vurğulanıb.

2016-cı ildə biri İsrail ordusunun kəşfiyyat xidmətinin təqaüdçü bir zabiti olmaqla, 3 nəfər tərəfindən qurulan "Quadream"in Cənubi Kiprdəki "InReach" adlı bir şirkət vasitəsilə məhsullarını xaricə satdığı qeyd edilib.

İsrail kiber firmasının mobil telefonlara sızmaq və hakerlik üçün proqram təminatına fokuslandığı və Səudiyyə Ərəbistanının da müştəriləri arasında olduğu bildirilib. (AA)