04 May 2024
Azərbaycanda 45 yaşlı kişi 23 yaşlı qızı ZORLA QAÇIRDI - FOTO

Azərbaycanda 45 yaşlı kişi 23 yaşlı qızı ZORLA QAÇIRDI - FOTO

23 Aprel 2024
Baxış: 229

Bərdə rayonunda 23 yaşlı qız zorla qaçırılıb.

AJMEDİA.İNFO xəbər verir ki, Metbuat.az-ın məlumatına görə, hadisə rayonun Uğurbəyli kəndində baş verib. Kənd sakini 2001-ci il təvəllüdlü S. Abdullayeva küçədə bir neçə nəfər tərəfindən oğurlanaraq qaçırılıb. Qızın ailəsi onun kənd sakini 1979-cu il təvəllüdlü Fərhad Rzayev tərəfindən qaçırıldığını iddia edir. S. Abdullayevanın valideynləri hadisə barəsində rayon polis şöbəsinə müraciət edib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, aprel ayının 22-də Bərdə rayonunda 2001-ci il təvəllüdlü qızın qaçırılması ilə bağlı Rayon Polis Şöbəsinə müraciət daxil olub.

Hazırda müraciət əsasında polis əməkdaşları tərəfindən axtarış tədbirləri davam etdirilir.