29 Aprel 2024
Sərnişin təyyarəsində BOMBA HƏYƏCANI: Pilota HÜCUM EDİLDİ

Sərnişin təyyarəsində BOMBA HƏYƏCANI: Pilota HÜCUM EDİLDİ

28 Sentyabr 2022
Baxış: 371

ABŞ-nin San-Fransisko şəhərindən Sinqapurun Çanqi şəhərinə uçan sərnişin təyyarəsində sərnişinlərdən biri əl yükündə bomba olduğunu iddia edib.

AJMEDİA.İNFO xəbər verir ki, 37 yaşlı sərnişin əl yükündə bomba olduğunu iddia edərək və kabin heyətinə hücum etməyə cəhd edib.

Bu zaman döyüş təyyarələri sərnişin təyyarəsini müşayiət etməyə başlayıb.

Sinqapur polisi şübhəlinin zərərsizləşdirildiyini bildirib.

Sinqapur Müdafiə Nazirliyi bomba təhdidinin əsassız olduğunu və hadisə ilə bağlı araşdırmalara başlanıldığını açıqlayıb.

Nazirlikdən həmçinin bildirilib ki, şübhəli şəxs terrorçuluqda və narkotik vasitələrdən istifadədə şübhəli bilinərək saxlanılıb.(Manset.az)