30 Aprel 2024
“Sergey Lavrovun üzünə həyatı, yolu və sonu yazılıb” - ZELENSKİ

“Sergey Lavrovun üzünə həyatı, yolu və sonu yazılıb” - ZELENSKİ

04 Mart 2022
Baxış: 578

“Bu adamın gözlərinin içinə baxmaq mənim üçün maraqlı deyil”.

AJMEDİA.İNFO UNİAN-a istinadən xəbər verir ki, bu sözləri Ukrayna Prezidnti Volodimir Zelenski Rusiya xarici işlər naziri Sergey Lavrov haqqında işlədib.

“Lavrov… İnsanın üzünə həmişə həyatı, yolu və sonu yazılıb. Bu adamın yolu mənə aydındır. Mənə bu adamın gözlərinin içinə baxmaq maraqlı deyil”, – Zelenski bildirib.

O deyib ki, Lavrovu ilk dəfə ABŞ-da Donald Tramp ABŞ prezidenti olanda görüb.

Prezidentin sözlərinə görə, sonra o, Lavrova Rusiyanın Ukrayna ərazilərini azad etməsini və ölkələr arasında münasibətlərin 10 il əvvələ qayıtmasını istədiyini deyib.

“O dedi: Mən sizinlə razıyam. Amma sonra üzünü çevirdi, telefonu götürdü və hansısa Rusiya televiziyasına və ya radiosuna zəng edərək dedi: Mən indicə prezident Zelenski ilə danışdım və o, bizim bütün şərtlərimizi qəbul etməyə hazırdır. Cavab budur. Söhbət bu insanların keçdiyi yoldan gedir, onlar hazır deyillər”.
Zelenski qeyd edib ki, bu insanları nəticə – sülh maraqlandırmır, onları ancaq yol maraqlandırır.

“Bu yol qanlı, bu yol maliyyə yoludur. Onlardan sonra nə olacağı onları maraqlandırmır… Amma onlardan sonra mütləq olacaq”, – Zelenski əlavə edib.