27 Aprel 2024
Seperatçılardan NÖVBƏTİ CİNAYƏT – Qovulan ermənilər Şuşaya KÖÇÜRÜLƏ BİLƏR

Seperatçılardan NÖVBƏTİ CİNAYƏT – Qovulan ermənilər Şuşaya KÖÇÜRÜLƏ BİLƏR

29 İyun 2022
Baxış: 466

Xankəndidə Rusiya hərbi kontingentinin himayəsinə sığınmış separatçı-terrorçu rejim rəhbərliyinin alternativ yolun istifadəyə verilməsindən sonra Laçın rayonunun Zabux kəndindəki Suriyadan, Livandan gəlmə hayların Şuşa rayonunun ermənilər yaşayan kəndlərinə köçürülməsinin müzakirə olunduğu haqda xəbərlər yayılıb.


AJMEDİA.İNFO xəbər verir ki, bu haqda bu gün səhər saatlarında “Hraparak” nəşri məlumat yayıb.


Qəzetin yazdığına görə, Qarabağdakı kriminal xuntanın üzdəniraq başçısı Arayik Arutyunyan bu günlərdə Moskvada olub və “cari məsələlərlə” yanaşı, Rusiya tərəfinin vasitəçiliyi ilə Zabux kəndini öz nəzarətlərində saxlanılması məsələsini də müzakirə edib.


“Mənbələrimiz bildirir ki, Arutyunyan əliboş qayıdıb və hazırda yaxın vaxtlarda Aqavnodakı məcburi köçkünlərin yerləşdirilməsi ilə bağlı müzakirələr gedir”- erməni qəzeti belə yazır.


Məlumata görə, separatçılar hesab edirlər ki, ən optimal həll sakinlərə alternativ yolun yanında yerləşən Şuşa rayonunun Kiçik və Böyük Qaladərəsi kəndlərinə köçməyi təklif etmək olardı, guya “burada təhlükəsizliyin təmin edilməsi daha asan olacaq”…


Ardınca Ermənistan nəşri yazır ki, yaxın vaxtlarda bu kəndlərdə də sürətlə mənzillər tikiləcək. Mənzilə çevriləcək boş evlər də var. Bundan əlavə, Zabuxdakı təxminən 20 yeni tikili sökülüb-yığılan konstruksiyalardır və həmin “səyyar” evlərin köçürülməsi planlaşdırılır. Eyni zamanda, kommunikasiya problemləri alternativ qaz, elektrik və rabitə stansiyalarının tikintisi ilə həll edilməlidir…


Lakin Zabux kəndindəki qanunsuz suriyalı “mer” Andranik Çavuşyan qəzetə açıqlamasında bildirib ki, kənd köçürüləndən sonra onlara Şuşanın kəndlərinə köçmək təklif olunmayıb.


“Evimizi başqa evlərə dəyişməyəcəyik deyə təslim olmayacağıq, qətiyyətlə dayanacağıq”- deyə A.Çavuşyan bildirib.


Zəruri şərh:


Öncə bildirdiyimiz kimi, tarix boyu heç bir erməninin köklü şəkildə yaşamadığı Laçın rayonunun Zabux kəndində tamamilə qanunsuz şəkildə məskunlaşdırılmış əsasən xaricdən Suriya və Livandan gəlmə hayların orada saxlanması kimi, Azərbaycan Respublikasının, həmçinin keçmiş Dağlıq Qarabağın, indiki halda Şuşa rayonunun ermənilərin yaşadığı hansısa yaşayış məntəqəsinə köçürülməsi qətiyyən yolverilməzdir. Onlar konkret olaraq Ermənistana köçürülməli, Azərbacan dövləti isə bundan sonra Qarabağın, Laçının digər kəndləri kimi, Zabux kəndinin də 31-ci ildir ki, məcburi köçkün həyatı yaşayan əsl, köklü sakinlərinin öz yurdlarında daimi məskunlaşdırılması məsələsini həll etməlidir. Həm də ona görə ki, beynəlxalq qanunla işğal edilmiş ərazilərin məskunlaşdırılması cinayətdir…(Moderator.az)