29 Aprel 2024
“Sehrli xalat”ın "Rəşid"i ABŞ-də VƏFAT ETDİ

“Sehrli xalat”ın "Rəşid"i ABŞ-də VƏFAT ETDİ

24 Yanvar 2024
Baxış: 309

“Sehrli xalat” filmində baş rol ifaçısı Azər Qurbanov 69 yaşında vəfat edib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Əməkdar mədəniyyət işçisi Yusif Şeyxov feysbuk hesabında məlumat yayıb.

O bildirib ki, Azər Qurbanov bir müddət əvvəl ağır xəstəlikdən sonra Amerika Birləşmiş Ştatlarında (ABŞ) həyatını itirib.

Qeyd edək ki, Azər Qurbanov 1955-ci ildə Balakəndə anadan olub. O, sözügedən filmdə "Rəşid" obrazını canlandırıb. O, “Odessa” kinostudiyasının istehsalı olan “Göy Quş”, “Hakim”, “Xarici Qadın”, “Külək” filmlərində də çəkilib. 1992-ci ildən ABŞ-nin Nyu-Cersi ştatının Şort-Hills şəhərciyində yaşayırdı.