29 Aprel 2024
Səfərbərlik Xidmətinin rəis müavini vəzifəsindən AZAD EDİLDİ

Səfərbərlik Xidmətinin rəis müavini vəzifəsindən AZAD EDİLDİ

10 Noyabr 2021
Baxış: 1483

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavinlərindən biri işdən çıxarılıb.

AJMEDİA.İNFO xəbər verir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb.

Sərəncama əsasən, general-mayor Şahvələd Əliyev Dövlət Xidməti rəisinin müavini vəzifəsindən azad olunub.

Qeyd edək ki, Ş.Əliyev 2018-ci ildən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini vəzifəsində çalışırdı. Ona 2019-cu ilin fevral ayının 11-də general-mayor ali hərbi rütbəsi verilib.

Xatırladaq ki, Ş.Əliyev Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin qardaşıdır.(Report.az)