29 Aprel 2024
Sarkisyan və Koçaryan qan tökməyə hazırlaşır - İrəvanda HƏYƏCAN TƏBİLİ

Sarkisyan və Koçaryan qan tökməyə hazırlaşır - İrəvanda HƏYƏCAN TƏBİLİ

26 Oktyabr 2021
Baxış: 678

“Soyuqda çadırlarda gecələyə biləcəyimizi və küçələri bağlaya biləcəyimizi artıq göstərmişik”.

AJMEDİA.İNFO erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin müxalif “Mənim şərəfim var” blokunun parlament fraksiyasının katibi Aid Mamidjanyan bildirib.

O, texniki detalları açıqlamaq niyyətində olmadığını bildirib: “Hakimiyyət üçün sürprizlər olacaq. Buna söz verirəm. Mübarizədə 1500-2000 fəal iştirakçı olanda polis fiziki olaraq onların hamısı ilə bacara bilməyəcək. Biz son akkorda hazırıq.

Ermənistan blokunun parlament fraksiyasının katibi Artsvik Minasyan isə xalqın üsyan etmək hüququnun beynəlxalq hüquqda təsbit edildiyini xatırlatdı. Bu hüquq müqəddəsdir”.

Qeyd edək ki, “Mənim şərəfim var” parlament bloku Ermənistanın sabiq prezidenti Serj Sərkisyana, “Ermənistan” bloku isə Robert Köçəryana məxsusdur. (Teleqraf.com)