29 Aprel 2024
Sabir Rüstəmxanlının qızı müğənni Elçin Cəfərovdan "Sevgililər günü"ndə BOŞANDI

Sabir Rüstəmxanlının qızı müğənni Elçin Cəfərovdan "Sevgililər günü"ndə BOŞANDI

16 Fevral 2024
Baxış: 345

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili və Xalq şairi Sabir Rüstəmxanlının qızı boşanıb.

AJMEDİA.İNFO mətbuat.az-a istinadən xəbər verir ki, millət vəkilinin qızı Aydan Cəfərova-Rüstəmxanlı müğənni Elçin Cəfərovla aralarında olan rəsmi nigahın pozulması məqsədilə Yasamal rayon Məhkəməsinə müraciət edib.

Hakim Ayaz Məmmədovun sədrliyi ilə keçirilən bir neçə məhkəmə prosesindən sonra fevralın 14-də qərar qəbul edilib.


Məhkəmənin qərarı ilə, Aydan Cəfərova-Rüstəmxanlı ilə Elçin Cəfərov arasındakı rəsmi nigah ləğv edilib.

Xatırladaq ki, Elçin və Aydan cütlüyü 2016-cı ilin aprelində ailə qurub. Onların birgə nigahdan bir oğlan övladları var.