28 Aprel 2024
Sabiq deputatın oğlu iş adamının maşınını QAÇIRDI: Qəza törətdi - FOTOLAR

Sabiq deputatın oğlu iş adamının maşınını QAÇIRDI: Qəza törətdi - FOTOLAR

14 Fevral 2023
Baxış: 452

Ermənistanda gecə saatlarında tanınmış iş adamı, “Ararat” şərab-konyak zavodunun direktoru Armen Sarkisyana məxsus avtomobil qaçırılıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb.

Bildirilir ki, qaçırılan maşın İrəvan-Meğri avtomobil yolunda, Zod körpüsünün yaxınlığında qəzaya düşüb.

Məlum olub ki, avtomobil Milli Assambleyanın keçmiş deputatı, “Oktyabrdan Novo” ləqəbli Nahapet Qevorqyanın oğlu tərəfindən qaçırılıbmış. Qəzanı törədən deputatın oğlu xəstəxanaya yerləşdirilib. Onun barəsində cinayət işi açılıb. (unikal)