27 Aprel 2024
Rüstəm Muradov Ağdərədə əsir götürülmüş Azərbaycan hərbçisi ilə görüşdü - FOTO

Rüstəm Muradov Ağdərədə əsir götürülmüş Azərbaycan hərbçisi ilə görüşdü - FOTO

03 Sentyabr 2021
Baxış: 741

Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı general-leytenant Rüstəm Muradov Ağdərədə erməni separatçıları tərəfindən əsir götürülən Azərbaycan hərbçisi Cəmil Babayev ilə görüşüb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb.

Məlumata əsasən, görüş zamanı Rüstəm Muradov Cəmil Babayevin hazırkı vəziyyəti ilə maraqlanıb. Bildirilir ki, Cəmil Babayevin xahişi ilə ona yaxınları və ailə üzvləri ilə əlaqə saxlamaq imkanı yaradılacaq.

Qeyd edək ki, Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu Cəmil Babayev Qarabağda Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazidə erməni separatçıları tərəfindən əsir götürülüb. Ermənistan mətbuatı Azərbaycan əsgərinin əsir götürülmə anının videosunu yayıb.

Düşmən tərəfi bildirib ki, hərbçimiz avqustun 25-də Ağdərə şəhərindəki mənzillərdən birində aşkarlanıb. Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazidəki erməni separatçılar azərbaycanlı hərbçiyə “cinayət işi” açıblar.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, C.Babayev Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib. Bu səbəbdən onun haqqında cinayət işi başlanılıb, araşdırma aparılır.

Rüstəm Muradov əsir Cəmil Babayevləgörüşdü