28 Aprel 2024
Rusiyanın Xarkova atdığı raket evə düşdü: 4 azərbaycanlı HƏLAK OLDU

Rusiyanın Xarkova atdığı raket evə düşdü: 4 azərbaycanlı HƏLAK OLDU

05 Mart 2022
Baxış: 506

“Dünən axşam saatlarında Xarkov vilayətinin raket atəşinə tutulması zamanı azərbaycanlı ailə həlak olub”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Ukrayna Azərbaycanlıları Radasının Lvov vilayəti üzrə sədr müavini Mahmud Qurbanov deyib.

O bildirib ki, Xarkov vilayətində olan azərbaycanlı ailənin evinə raket düşüb:

“Həmin azərbaycanlı əslən Lənkərandan olub. Onun Xarkov vilayətində “Ləvəngi” adlı restoranı olub. Adı Emindir, xanımı və iki övladı ilə birlikdə ölüb. Hadisə baş verən əraziyə rus ordusu nəzarət etdiyindən çətinliklər yaranır. Ona görə də cəsədlərin ərazidən çıxarılmasında problem var”.