29 Aprel 2024
Rusiyanın Ukraynadakı itkiləri AÇIQLANDI - Yenilənmiş SİYAHI + FOTO

Rusiyanın Ukraynadakı itkiləri AÇIQLANDI - Yenilənmiş SİYAHI + FOTO

25 May 2022
Baxış: 423

Ukrayna Müdafiə Nazirliyi davam edən müharibədə Rusiya tərəfinin itkilərinin yenilənmiş siyahısını təqdim edib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi təxminən 29 450-ə yaxın canlı qüvvəsini itirib.

Bundan əlavə, Rusiya ordusunun 1 305 tankı, 3 213 zirehli döyüş maşını, 606 artilleriya sistemi, 201 reaktiv yaylım atəşi sistemi, 93 havadan müdafiə sistemi, 206 hərbi təyyarəsi, 170 helikopteri, 2 218 avtomobil texnikası, 491 dronu, 44 xüsusi texnikası, 13 kateri məhv edilib.