28 Aprel 2024
Rusiyanın Ukraynadakı itkiləri 30 minə çatır - TAM SİYAHI

Rusiyanın Ukraynadakı itkiləri 30 minə çatır - TAM SİYAHI

26 May 2022
Baxış: 475

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın indiyədək 29600 hərbçisi öldürülüb: "Rusiyanın bu günədək 1315 ədəd tankı, 3235 ədəd zirehli döyüş maşını, 617 ədəd artilleriya sistemi, 201 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 93 hava hücumundan müdafiə sistemi, 206 ədəd hərbi təyyarəsi, 170 ədəd helikopteri, 114 qanadlı raket, 2 225 ədəd nəqliyyat vasitəsi və avtoçən, 13 ədəd gəmi/kateri, 502 ədəd dronu və 47 ədəd xüsusi texnikası məhv edilib".