28 Aprel 2024
Rusiyanın döyüş gəmisində Türkiyə bayrağı dalğalandırıldı

Rusiyanın döyüş gəmisində Türkiyə bayrağı dalğalandırıldı

18 May 2021
Baxış: 748

Rusiya donanmasına məxsus 031 nömrəli “Aleksandr Otrokovski” adlı döyüş gəmisi İstanbul boğazından keçib.

AJMEDİA.info xəbər verir ki, rus gəmisini Türkiyənin Sahil Təhlükəsizliyi Xidmətinin katerləri müşayiət edib.

Boğazdan keçən gəmidə Türkiyə bayrağının dalğalandırılması diqqət çəkib.

Gəmi təxminən 1,5 saat ərzindən boğazdan keçərək Mərmərə dənizinə daxil olub.