28 Aprel 2024
“Rusiyanı parçalamaq lazımdır” - Lex Valenza DÜNYAYA SƏSLƏNDİ

“Rusiyanı parçalamaq lazımdır” - Lex Valenza DÜNYAYA SƏSLƏNDİ

11 İyul 2022
Baxış: 396

Polşanın eks-prezidenti, Nobel Sülh Mükafatı laureatı Lex Valenza Rusiya əhalisini 50 milyon nəfərə qədər azaltmağa çağırıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə “Le Figaro” nəşri məlumat yayıb.Sabiq prezidentin fikrincə, Rusiyada siyasi sistemin dəyişdirilməsinə ehtiyac var və xalqların üsyanının təşkil etmək lazımdır. Lex Valenza əlavə edib ki, dünyada təhlükəsizliyə nail olmaq üçün Rusiyanı parçalamaq lazımdır:

“Ya Rusiyanın siyasi sistemini dəyişdirin, ya da əhalisini 50 milyondan az olduğu vaxta qaytarın” – o əlavə edib.

Eks-prezident Qərbin öz təsir dairələrini genişləndirməkdə maraqlı olmasını alqışlayıb: “Biz başa düşməliyik ki, Qərb NATO və Avropa Birliyi vasitəsilə öz gücünü genişləndirməkdə haqlıdır. Bu, demokratik yollarla genişlənmədir. Ancaq Rusiya bunu zorakılıqla edir” – Valenza vurğulayıb.(konkret.az)