27 Aprel 2024
Rusiyalı hərbçilər “Azovstal”da iki ay gün üzü görməyən 4 yaşlı Alisanı anasından ayırdı – FOTO/VİDEO

Rusiyalı hərbçilər “Azovstal”da iki ay gün üzü görməyən 4 yaşlı Alisanı anasından ayırdı – FOTO/VİDEO

09 May 2022
Baxış: 546

Ukraynanın Mariupol şəhərindəki “Azovstal” zavodunun zirzəmisində iki ay bombardman altında qalan, ac vəziyyətdə, soyuqda mühasirədə qalan dörd yaşlı Alisa təxliyə zamanı anasından ayrı salınıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Mariupol Şəhər Şurası məlumat yayıb.

Məlumata görə, qadın Donetskin işğal olunmuş ərazisində filtrasiya düşərgəsində qalıb.

“Bu gün - Analar Günündə, Zaporojyedəki təyinat yerinə yalnız uşaq gəlib, ananın harada olduğu hələ də məlum deyil. Biz dünya ictimaiyyətindən xahiş edirik ki, müdaxilə etsinlər və uşağı anaya qaytarsınlar”, - deyə Şuradan çağırış edilib.

Mənbə: Novosti N