28 Aprel 2024
Rusiyadan ŞOK QƏRAR - Daha bir qonşusunun sərhədinə HƏRBİ TEXNİKA YIĞIR

Rusiyadan ŞOK QƏRAR - Daha bir qonşusunun sərhədinə HƏRBİ TEXNİKA YIĞIR

13 Aprel 2022
Baxış: 669

Ukraynanın paytaxtı Kiyevi ələ keçirə bilməyən rus ordusunun yolunu şərqə yönəltməsindən sonra daha bir diqqətçəkən gəlişmə baş verib.

AJMEDİA.İNFO teleqraf.com-a istinadən xəbər verir ki, Finlandiya və İsveçin NATO-ya üzv olma ehtimalından sonra hərəkətə keçən Rusiya ordusu son günlər yenidən müzakirə olunmağa başlayıb və Prezident Vladimir Putinin göstərişi ilə Finlandiya sərhədinə ağır hərbi texnika yerləşdirməyə başlayıb.

Kremlin sözçüsü Dmitriy Peskov dünən son vaxtlar yenidən müzakirə olunan İsveç və Finlandiyanın NATO-ya üzv olma ehtimalını dəyərləndirib. NATO-nun münaqişə aləti olduğunu vurğulayan Peskov deyib: “NATO sülh və sabitliyi təmin edən ittifaq deyil, alyans münaqişə alətidir. Alyansın daha da genişlənməsi, şübhəsiz ki, Avropada təhlükəsizliyi artırmayacaq”.

Milli təhlükəsizliyinin təhlükə altına düşəcəyini iddia edən Rusiya İsveçin, eləcə də qərb qonşusu Finlandiyanın alyansa üzvlüyünə qarşıdır.

NATO Baş katibi Yens Stoltenberq bundan əvvəl Ukrayna müharibəsinin aylarla, hətta illərlə davam edə biləcəyini, Finlandiya və İsveçin alyansa daxil olmaq istəsələr, bu tələbin yerinə yetiriləcəyini bildirib.

İsveç və Finlandiya 1995-ci ildən Avropa Birliyinin üzvü olsalar da, NATO üzvü deyillər. Rusiyanın Ukraynaya təcavüzündən sonra bu iki ölkənin NATO-ya üzv ola biləcəyi ilə bağlı söz-söhbətlər yenidən alovlanıb.