28 Aprel 2024
"Rusiyada küçələrə çıxmaq çağırışları, ekstremist resurslar tərəfindən yayılan təxribatlardır" David Seliverstov

"Rusiyada küçələrə çıxmaq çağırışları, ekstremist resurslar tərəfindən yayılan təxribatlardır" David Seliverstov

30 Oktyabr 2023
Baxış: 3465

Oktyabrın 29-da axşam saatlarında İsraildən təyyarənin gəlməsi ilə əlaqədar bir neçə yüzlərlə insan Mahaçqala (Uytaş) hava limanına qanunsuz basqın ediblər.

AJMEDİA.İNFO-nun məlumatına görə, etirazçılar ərazini tərk edənlərin pasportlarını yoxlayıblar. Onlardan bəziləri birbaşa uçuş sahəsinə daxil olub.

Toqquşmalar nəticəsində polis əməkdaşları da daxil olmaqla 20 nəfər yaralanıb. Həmçinin, kütləvi iğtişaşlar fonunda Federal Hava Nəqliyyatı Agentliyi Mahaçqala hava limanını müvəqqəti bağlayıb və bəzi aviaşirkətlər Dağıstana uçuşları ləğv etməyə başlayıblar.

Mahaçqalada baş verən iğtişaşlar, onların İsrail və Fələstin münaqişəsi ilə bağlılığı və hadisələrə ümumi fikir bildirən "Magen David Group"un rəhbəri və Ümum İsrail Dağ Yəhudiləri Assosiasiyasının Azərbaycan nümayəndəliyinin sədri David Seliverstov AJMEDİA.İNFO-a bunları bildirib:

.

"İsrail və Fələstin arasında yeni gərginləşən münaqişə dünya ictimaiyyətində geniş müzakirələrə səbəb olub. Oktyabrın 20-də bizdə olan məlumatlara görə, Xasavyurt şəhərində (Dağıstan) 100-dən çox insan Fələstinə dəstək aksiyasında iştirak edib. Eyni zamanda Dağıstanda həmrəylik əlaməti olaraq avtomobil yürüşü keçiriblər. Oktyabrın 28-də yüzlərlə insan Xasavyurtdakı “Flamingo” otelinə toplaşaraq, orada qaldıqları iddia edilən yəhudilərin qovulmasını tələb ediblər. Bu hadisə Dağıstanda yaşayan yəhudilər kimi, Azərbaycanda yaşayan yəhudiləri, eləcədə məni narahat etməyə bilməzdir."

.

Təbii ki, məsələ ilə bağlı Dağıstanın rəhbəri Sergey Melikov dərhal reaksiya bildirərək, "küçələrə çıxmaq çağırışları Rusiyanın düşmənləri tərəfindən idarə olunan ekstremist resurslar tərəfindən yayılan təxribatlardır" fikirləri ilə əhaliyə müraciət ünvanlamışdır. Eləcədə o, özünün Telegram kanalında, hava limanında etiraz aksiyalarının iştirakçıları iğtişaşlara görə qanun qarşısında cavab verəcəklərini bildirmişdir.

.

Qeyd edim ki, Rusiya ərazisində bütün millətlərin nümayəndələri bərabər hüquqlara malikdirlər.

David Seliverstov onu da bildirib ki, "belə çətin bir zamanda dağıstanlılar öz hisslərini bölüşməyənlər tərəfindən istifadə olunur və ölkədəki vəziyyəti sarsıtmağa çalışırlar. Dağıstanda baş verənlər kənardan planlaşdırılan təxribatdır."

.

“Dağıstan əhalısı ən qeyri-insani üsulları rədd etməyən məkrli və təhlükəli düşmənlə mübarizə aparmalıdır. Bunu başa düşməli və soyuqqanlı davranmalıdırlar. Saxtalara və etiraz çağırışlarına inanmamalıdırlar." o, bildirərək sonda bunları əlavə edib: "Beynəlxalq dağ yəhudilər kongressin sədr müavini, ümümisrail qafqazdan çıxan yəhudilər assosiyasının sədri, dağ yəhudilərinin parlament lobbinin direktoru Pavel Yelizarov mənimlə mütammadi onlayn rejimində işləyir və Dağıstanda baş verən hadisələri səbr və təmkin nümayış etdirməyi xahiş etmişdir. Biz, bəşəriyyətin xilasında və haqq adalətinin ümümi dəstək olunmasına hər zaman istəyir, bunu arzu edirik".