27 Aprel 2024
Rusiya XİN: Delimitasiya üzrə komissiya tezliklə yaradıla bilər

Rusiya XİN: Delimitasiya üzrə komissiya tezliklə yaradıla bilər

29 Dekabr 2021
Baxış: 833

Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiya tezliklə yaradıla bilər.

AJMEDİA.İNFO xəbər verir ki, Bunu Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

O xatırladıb ki, noyabrın 26-da Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderləri Rusiyanın məşvərətçi yardımı ilə Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası üzrə ikitərəfli Komissiyanın yaradılması barədə razılığa gəliblər.

“Hesab edirik ki, bu, tezliklə baş verəcək. Biz bu sazişin ən yüksək səviyyədə həyata keçirilməsi yolunda keçilməz maneə görmürük”, - o qeyd edib.