28 Aprel 2024
Rusiya Ukraynanın Xarkov vilayəti ilə sərhəddə qoşun toplayıb, cəsədlər üçün 45 min sellofan paket alıb - DƏHŞƏTLİ İDDİA

Rusiya Ukraynanın Xarkov vilayəti ilə sərhəddə qoşun toplayıb, cəsədlər üçün 45 min sellofan paket alıb - DƏHŞƏTLİ İDDİA

23 Fevral 2022
Baxış: 603

Ukrayna Təhlükəsizlik Xidməti (UXT) ölkənin Xarkov vilayəti ətrafında Rusiya qoşunlarının və hərbi texnikasının cəmləşdirildiyini xəbər edib.

AJMEDİA.İNFO Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə UXT-nin Xarkov vilayət idarəsinin rəisi Roman Dudin məlumat yayıb.

Onun sözlərinə görə, Rusiya Federasiyasının guya hərbi təlimlərdən sonra ordu hissələrini Ukrayna sərhədlərindən geri çəkməsi barədə səslənən fikirlər tamamilə yalandır. Əksinə, bölgədə Rusiyanın hərbi kontingentinin daha da artırıldığı müşahidə edilməkdədir.

Dudinin sözlərinə görə, indi Rusiyanın ən yaxşı taktiki qrupunda texnikanın cəmi 70%-i istismara yararlıdır, qalan 30%-i isə nasaz vəziyyətdədir.

Bundan başqa Rusiyanın cəsədlər üçün nəzərdə tutulan 45 min ədəd sellofan paket aldığı gələn informasiyalar arasındadır.(Musavat.com)